Yanan xanım əməliyyat olunacaq VİDEO

Yanan xanım əməliyyat olunacaq VİDEO

Stilist Anar Ağakişiyevin üzü yanmış xanımı makiyaj etdiyi video böyük səs-küy doğurub. SİA-nın məlumatına görə, stilist verilişlərin birində həmin Nərmin adlı xanımla bağlı vacib olan məsələyə toxunub: “Nərmin xanımın özü məni tapdı. Ondan əvvəl ləkəli bir üz paylaşmışdım. Bu xanım mənə məktub yazdı, şəklini göndərdi və həyatını danışdı. Yazdı ki, illər əvvəl qaz partlayıb, üzü yanıb. Əvvəl onu paylaşmağımı istəmədi, halından utanırdı. Dedim ki, şükür et həyatdasan, insanlar var ölür. Beləcə, paylaşmağa razılaşdı. İndi çox pozitivdir.

Xaricdən bir həkim mənə yazıb və xanımı öhdəliyinə götürüb. Yığılacaq bütün həkimlər, alimlər onu əməliyyat edəcəklər. Bu ona Allah tərəfindən göndərilən bir qismətdir. Mən sadəcə vasitəçi oldum. Həkimdən məktubu alandan sonra onları bir araya gətirdim”.

Bütün xəbərlər Facebook səhifəmizdə