Müğənni Elnarə Xəlilova maraqlı etiraflar edib. SİA-nın məlumatına görə, ifaçı xoşbəxtliyin pulla, gözəl geyimlərlə əldə edilməsinin mümkünsüzlüyünü bildirib: "İnsana xoşbəxt olması üçün nə lazım ola bilər? Gözəl ev, bahalı maşın, yaxşı şərait, daş-qaş, çoxlu pul - bunların hamısı insanı xoşbəxt edən amillərdir. Amma məsələn, əgər sən sağalmaz xəstəliyə tutlmusansa, yuxarıda sadaladıqlarımın heç biri səni xoşbəxt edə bilməz. Yaxud, Allah eləməsin, fərsiz övladın varsa, səni yenə də var-dövlət sevindirə bilməz. Uzun sözün qısası - əsl xoşbəxtlik və xoşbəxt keçən anlar əslində pulla alına bilməyənlərdir. Əsl xoşbəxtlik övladlarının sağlam, sevdiklərinin sağ-salamat sənin yanında olduğunu bilməkdir. Ən böyük səadət övladlarının gözünün içinə qürurla baxa bilmək, şərəflə, ismətlə, mərdi-mərdanə, dürüst şəkildə, alnıaçıq, üzüağ ömür sürməkdir. Heç kəsin haqqını yemədən, qəlbini qırmadan, şər atmadan. Yalnız bundan sonra demək olar ki, mən həqiqətən xoşbəxtəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB