Verilişi bağlanan aparıcı ETİRAF ETDİ

Verilişi bağlanan aparıcı ETİRAF ETDİ

Bir müddət öncə verilişi bağlanan aparıcı Ülviyyə Əliyeva yeni layihə üzərində çalışır. Bu haqda SİA-ya aparıcının özü məlumat verib: "Kanalların birində yayımlanan verilişimin biri bağlansa da, yeni ideya üzərində çalışıram. Belə ki, yenidən layihə planlaşdırıram, müzakirələr gedir. Gənc olduğum üçün fərqli veriliş fikirləşirəm. Bu layihəmdə də müğənnilər olacaq. Çünki Azərbaycan kanallarının verilişlərinin əksəriyyətində şou-biznes nümayəndələrinin iştirakı vardır. Məşhurlar verilişlərə qatılaraq daha da baxımlı edir. Bu danılmaz faktdır".

Bütün xəbərlər Facebook səhifəmizdə