Müğənnilər Sevil Sevinc bacıları verilişlərində həmkarları İzzət Bağırovun xəstə olduğunu söyləyiblər. SİA-nın verdiyi xəbərə görə, məsələ ilə əlaqədar olaraq İzzət açıqlama verib: "Masallıdan oturmuşdum. Mənə dayanmadan zənglər gəlirdi. Hamı mənə şəfa diləyirdi. Sevil Sevinc bacıları efirdə xəstə olduğumu demişdilər. Amma mənə heçnə olmamışdı. Buna görə onlardan incimədim".
İzzət sözügedən bacıları klipində çəkmək istədiyini də söyləyib: "Həmin xanımları klipimə çəkmək istəyirdim. Sevil Sevinc bacıları həmin vaxtlar şou-biznesə yeni-yeni addımlarını atırdılar. Əfsuslar olsun ki, onlar ekran işimdə çəkilməyə razılıq vermədilər. Amma onları kliplərimin birinə çəkəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB