Əməkdar artistin konserti olmayacaq

Əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti Gülüstan Əliyevanın konserti təxirə düşüb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Heydər Əliyev Sarayının mətbuat xidməti Anar Fərəczadə məlumat yayıb. İfaçının konsertin keçirilməməsinə səbəb cəbhə xəttində baş verənlərlə əlaqədardır.

Qeyd edək ki, Gülüstan Əliyevanın "Ey Vətən" adlı konserti mayın 14-də baş tutacaqdı.

Bütün xəbərlər Facebook səhifəmizdə