Fahriye Evcen və Burak Özçivit evlənir

Fahriye Evcen və Burak Özçivit evlənir

Türkiyənin məşhur cütlüyü, seriallardan tanıdığımız Fahriye Evcen və Burak Özçivit bir il yarımlıq sevgililik həyatından sonra bir-birinin ailələri ilə tanış olublar. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, iki ailə bərabər film də izləyiblər. Bu tanışlıq üçün Fahriye Evcenin anası, atası və 3 bacısı Almaniyadan gəlib. Ailələr görüş zamanı toyun vaxtını da müəyyənləşdiriblər.

Qeyd edək ki, cütlük "Çalıkuşu" serialında tərəf müqabili olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə