Xalq artisti: “Duet oxuduğum ifaçılar artıq öz yollarını tutublar”

Xalq artisti: “Duet oxuduğum ifaçılar artıq öz yollarını tutublar”

Bu vaxtadək bir çox cavan müğənnilərə dəstək olan xalq artisti Flora Kərimova yeni duet üzərində çalışdığını bildirib. Bu haqda SİA-ya Flora xanımın özü məlumat verib: "Şəxsi işlərimə başım qarışdığı üçün yaradıcılığıma fasilə vermişəm. Ancaq tez bir vaxtda işlərimə start verib, yeni mahnılar yazdıracam. Eyni zamanda yeni duet ortağım da var. Ancaq hələ ki adını sirr saxlayıram. Onu da deyim ki, bu vaxtadək duet oxuduğum ifaçılar artıq öz yollarını tutublar və böyük layihələrə imza ata bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə