Bu gün rəqqasə Fatimə Fətəliyevanın "Banu rəqs" məktəbinin açılışı olub. SİA-nın verdiyi xəbərə görə, rəqqasə şou-biznesin bir çox nümayəndələrini başına yığaraq qırmızı lenti kəsib. Daha sonra açılışda rəqqasələr çıxış edərək rəqs nömrələri göstəriblər.
Nadir Qafarzadənin Kərim Abbasovla, Günay İbrahimlinin Emil Bədəlovla rəqs edərək yarışa girməsi yadda qalan anlar olub.
Mərasimdə maraqlı məqamlardan biri isə idmançı Kamil Zeynalov və müğənni Kamil Cəfərovun özlərinə əl qataraq yemək yemələri olub. Dostlar heç kimə məhəl qoymadan qarınlarını doyurublar.
Qeyd edək ki, açılışın sonunda Fatimə Fətəliyeva müğənni Xatirə İslamın oğlu Emillə birgə tort kəsiblər.
Foto müəllifə məxsusdur:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB