Reperin arzusu ürəyində qaldı

Müğənni Elnarə Xəlilova ilə duet oxumağı planlaşdıran reper Orxan Həyatın arzusu gerçəkləşməyib. SİA-nın verdiyi xəbərə görə, buna səbəb Elnarənin iş qrafikinin sıx olmasından irəli gəlib. Reper "S-Twins" qrupuna müraciət etməli olub. Lakin bacılar hazırda kanalların birində yayımlanan qrup yarışında iştirak etdiyindən reperin müraciətini cavabsız qoyublar. Buna baxmayaraq, Orxan ruhdan düşməyərək nəzərdə tutulmuş dueti gənc müğənnilərdən biri ilə ifa edib. Başıbəlalı duet artıq hazırdır. Orxan müəllifi özü olduğu "Nəbzimi tut" adlanan yeni trekin dinləyicilər tərəfindən əvvəlki trekləri kimi bəyəniləcəyinə inanır. Üstəlik, təklifini geri çevirən və başqa tanınmışlarla nə vaxtsa duet reallaşdıracağına ümid edir.

Bütün xəbərlər Facebook səhifəmizdə