Məşhur DJ yenidən Azərbaycanda

Xəbər verdiyimiz kimi 17 noyabr tarixində Türkiyənin məşhur müğənnisi Emre Aydın paytaxtımızın qonağı olacaq. SİA-nın məlumatına görə, "A plus production" və "ALL Stars"ın birgə təşkil etdiyi konsert Bakının dəbdəbəli məkanlarından olan Buta Palacedə keçiriləcək.

Təşkilatçı Əli Hüseynovun SİA-ya verdiyi məlumata görə, gecədə iki məşhur DJ də iştirak edəcək: "Biri bizim DJ Çina, digəri isə Türkiyənin məşhur və sevilən siması Erdi Erdoğandır. Konsertin maraqlı anlarla yadda qalması üçün əlimdən gələni edirəm. Bilirəm ki, adını çəkdiyim hər üç sima kifayət qədər sevilir. Emre Aydının konsertinə düşmək istəyən çoxdur. Erdinin də işirak etdiyi konsertlər yaddaqalan olur. Bizim Çinaya isə söz ola bilməz"

Xatırladaq ki, konsert bilətlərini şəhərimizin bir çox satış nöqtələrindən əldə etmək mümkündür. Qiymətlər 40 manatdan başlayır. VİP yerlər isə 100 manatdır.

Əlavə məlumat əldə etmək üçün 0505970080 nömrəsi ilə əlaqə saxlamaq olar

Bütün xəbərlər Facebook səhifəmizdə