Azərbaycanlı prodüsser müğənnini “yıxıb-sürüdü” - QALMAQAL

Azərbaycanlı prodüsser müğənnini “yıxıb-sürüdü” - QALMAQAL

Azərbaycanlı prodüsser Cavid Rebbani 2 ay bundan öncə əməkdaşlığa başladığı Kəmalə Qaramollayevayla iş birliyinə son qoyub. Bu haqda SİA-ya Cavidin özü məlumat verib: "Kəmalə çox məsuliyyətsiz və özündən razı müğənnidir. Sözügedən ifaçı mənə qarşı çox hörmətsizliklər edib. İşlə əlaqədar olaraq dəfələrlə zəng etmişəm. O, isə mənim telefonlarıma cavab verməyib, ya da "sənə bir azdan zəng edərəm", - deyə yola verib. Hətta 1-2 gün bundan öncə kanalların birindən Kəmaləyə təklif gəlib. O, isə yalandan "gələrəm" deyib. Görünür Qaramollayevaya işindən vacib şəxsi həyatıdır. Onu da deyim ki, Kəmalə ancaq pul verərək efirlərə çıxa bilər. Çünki əksər telekanallar ona hörmət etmir".

Bu barədə qarşı tərəfin fikrini öyrənmək istəsək də Kəmalə Qaramollayeva telefonlarımıza cavab vermədi.

Qeyd edək ki, bir müddət öncə Cavid Rebbani "Klan A Plan" qrupunun prodüsseri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə