"İllər öncə İsveçin Cinemavision şirkəti ilə qurduğum iş birliyinə son qoydum". Bu sözləri dünən yeni klipinin təqdimat mərasimində "Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycana 5-ci pilləni qazandıran Səfurə Əlizadə jurnalistlərə açıqlamasında deyib.
Müğənni bildirir ki, iş birliyi onun istəyi ilə sona çatıb: "Bunu özüm istədim. Çünki şirkətin çox ağır tələbləri var idi. Mən Bakıya gələ bilmirdim. Jurnalistlərlə ünsiyyət qurmağıma icazə vermirdilər. Mənim heç \"facebook\"a da girməyə icazəm yox idi. Orada tək yaşayırdım və bu mənim üçün çətin idi. Bundan sonra mən menecersiz çalışacağam".
Səfurə Cinemavision-la iş birliyinə son qoysa da bir daha İsveçdə klip çəkdirəcəyini istisna etmədi: "Orada şirkətlər məni tanıyır. Ürəyim istəyən zaman gedib orada çalışa bilərəm. Mən bundan sonra da yaradıcılığımdakı yenilikləri məhz İsveç peşəkarlarına həvalə edəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB