Paytaxtımızın qonağı olan əcnəbi ifaçılar hansı sənətçilərimizi tanıyırlar?-FOTOSESSİYA

Paytaxtımızın qonağı olan əcnəbi ifaçılar hansı sənətçilərimizi tanıyırlar?-FOTOSESSİYA

Əslən amerikalı olan müğənni və caz ifaçısı Liza Şoun və DJ Koro paytaxtımızın qonağıdır. SİA-nın məlumatına görə, dünən Bakıya gələn ifaçılar bu gün əyləncə məkanlarının birində konsert proqramı ilə çıxış edəcəklər. Elə konsertlə bağlı mətbuat konfransına qatılan Liza və Koro yerli media nümayəndələrinə qarşı olduqca səmimi davrandılar.

Açıqlamaları zamanı bəlli oldu ki, simalar bu gün İçəri şəhər və digər yerləri gəziblər. Onlar Azərbaycana elə İçəri şəhər administrasiyasının təşkilatçılığı ilə gəlib: "Məni dəvət elədilər deyə gəldim. Ancaq özüm də Azərbaycanı, məhz Bakını görmək istəyirdim",-deyə Liza bildirib.

Onlar Bakıda iki gün konsert verəcəklərini də açıqlayıblar. Belə ki bu gündən başqa onlar, dekabrın 4-dü İçəri şəhərdə çıxış edəcəklər.

Konfransda Azərbaycan sənətçilərindən söz düşən zaman bəlli oldu ki, əcnəbi musiqiçilər dünən "Eurovision-2011" yarışmasının qalibləri Nigar Camal və Eldar Qasımovla tanış olublar. Təmsilçilərimiz Lizanın bu günki konsertini izləməyə gələcəklər.

Azərbaycanı bəyəndiyini dilə gətirən DJ Koro reperimiz Miri Yusiflə layihə işləmək istədiyini açıqlayıb.

Məlumat üçün bildirək ki, Liza Şoun ilk dəfə 14 yaşından teatrda çıxış edib. İfaçı bir müddət Kananada yaşadıqdan sonra fəaliyyətini Nyu-Yorkda davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə