Məşhur azərbycanlı stilist: “Yetimliklə böyümüşəm”- AÇIQLAMA

Bu ilin mart ayında dünyasını dəyişməyinə baxmayaraq Azərbaycanın əməkdar artisti, aktyor Elçin Həmidovun ölümü hələ də müzakirə obyektindədir. Aktyorun evdə tək olduğu zaman ölümü yerli-şou biznes nümayəndələrini necə sarsıdıbsa, onun ölümündən qorxanlar da az deyil.

SİA məşhur stilist Samir Əliyevi görən zaman o Elçin Həmodovu xatırlayır: "Elçin Həmidovun dünyasını dəyişməsi ilə hələ də barışa bilmirəm. O, tez-tez yadıma düşür. Elə hər dəfə fikirləşirəm ki, görəsən o cür aktyor niyə öldü axı. Ən faciəvisi isə odur ki, o rəhmətə gedən də heç kimin bundan xəbəri olmayıb. O, dünyasını dəyişəndə tək olub. Mən də belə öləcəyəm! Bəli, bunu çoxdan hiss etmişdim. Elçinin ölümü bu barədə şübhələrimi təsdiq etdi. Allah ona rəhmət eləsin. Ölümdən qorxmuram. Amma onun kimi öləcəyimi bilirəm və məni qorxudan yalnız təklikdir. Həyat çox acılı günlər bəxş edib mənə. Yetimliklə böyümüşəm. Allah heç kimi tək qoymasın. Bu, çox dəhşətli bir haldır".

Samir Azərbaycanın böyük sənətkarı itirdiyini vurğuladı: "Bizim xalqımız fərqindədir ki, böyük sənətkar itirib? Elçinin ölüm xəbəri məni sözün əsl mənasında sarsıtdı. Biz hələ ondan doymamışdıq. O hələ nə qədər maraqlı obrazlar yarada bilərdi, teatr səhnəsində, filmlərdə özünün ən maraqlı rollarını oynaya bilərdi... Çox heyf, çox!" - deyə Samir qəhərləndi.

Bütün xəbərlər Facebook səhifəmizdə