Ekstravaqand Elza Seyidcahanın kişi geyimlərinə olan marağı

Ekstravaqand Elza Seyidcahanın kişi geyimlərinə olan marağı
Azərbaycanın əməkdar artisti müğənnisi və bəstəkarı, ekstravaqandlığı ilə həmkarlarından köklü şəkildə fərqlənən əməkdar artist Elza Seyidcaha yenə də diqqət mərkəzindədir. Bu dəfə o, kişi paltarlarına olan marağı ilə diqqətimizi özünə çəkdi. Geyim mağazalarının birində kişi geyimləri seçərkən diqqətimizə tuş gələn Elza, ona tuşladığımız qəribə baxışlarımızı görüb, məsələnin əsl mahiyyətindən SİA-nı xəbərdar etdi. \"Yox, əzizlərim, hələ ki, kişi geyimləri haqda konkret qərarım yoxdur. Amma ola bilər ki, nə vaxtsa məni qeyri-adi kişi geyimlərində də gördünüz. Mağazadan geyim seçməyimin əsas səbəbi isə oğlum Ələkbərin istəyi ilə bağlıdır. Həm oğlum, həm də qızım yüksək zövqə sahib olduğumu söyləyirlər və çalışırlar ki, onlar üçün geyimi mən seçim. Mən də gərgin iş rejimimin olmasına baxmayaraq istəklərini böyük zövqlə həyata keçirməyə vaxt tapıram\". Oğlu üçün bir cins şalvar və adi köynək seçən əməkdar artist, israr etməyimizə baxmayaraq, onlara nə qədər pul ödədiyini açıqlamaqdan vaz keçdi. Amma əldə etdiyimiz məlumata görə oğlunun istəyi müğənniyə 180 ABŞ dollarına başa gəlib. Çox mübarək!

Bütün xəbərlər Facebook səhifəmizdə