Hollivud aktyoru gizli şəkildə satıcı ilə evlənir

Amerikalı aktyor David Duxovni gizli şəkildə sevimli Monik Pendleberri ilə evlənib.

SİA-nın məlumatına görə, bu barədə Daily Mail qəzeti yazır.

Cütlük adsız barmaqlarında nikah üzüklərini görən küçə fotoqrafları tərəfindən lentə alınıb.

Bundan əvvəl jurnalistlər 64 yaşlı aktyorun yenidən subay olduğunu güman edirdilər, çünki sevgililər 2023-cü ildən bəri ictimaiyyət arasında görünmürdü.

Duxovni və Pendleberrinin romantikası 2017-ci ildə başlayıb. Cütlük aktyorun dostuna məxsus məkanda tanış olub, orada qız üzvi şirələr və smuzilər satıb.

X-Files və Californication ulduzunun həyat yoldaşı ondan 33 yaş kiçikdir.

90-cı illərin sonlarından Duxovni aktrisa Tea Leoni ilə evli olub; bu evlilikdən iki uşaq dünyaya gəlib.

2014-cü ildə cütlük boşanıb. Ailədəki ixtilafın səbəbinin aktyorun seks asılılığı olduğu bildirilib.

Daha əvvəl məlum olmuşdu ki, Friends kult serialındakı rolu ilə tanınan aktyor Devid Şvimmer özündən az qala 30 yaş kiçik tələbəsi ilə münasibətdədir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə