Kristina Orbakaite Rusiyadakı karyerasını başa vurub...

...Ötən ilin payızında Kristina Orbakaite daha Rusiya səhnəsində çıxış etməyəcəyini açıqlamışdı. Məlum olduğu kimi, müğənni Rusiyada onu təmsil edən rejissorla əməkdaşlığı dayandırıb.

SİA-nın məlumatına görə, müğənni Kristina Orbakaite nəhayət ki, Rusiya səhnəsini tərk edib. Sənətçi ilk dəfə ötən ilin payızında yaxın vaxtlarda Rusiyada konsert verməyi planlaşdırmadığını açıqlamışdı.

Daha sonra "daha yaxşı vaxtlar" gələndə qayıdacağını açıqladı.

Bir gün əvvəl məlum olub ki, Orbokaite artıq Rusiya komandası ilə işləmir və onu Rusiyada təmsil edən Aleksandr Kaçan ilə əməkdaşlığı dayandırıb.

...Mən artıq onun nümayəndəsi deyiləm. O, komanda ilə əlaqə saxlamır. O, bizi tərk edərək Amerikaya gedib.

Bunu müğənninin keçmiş nümayəndəsi Abzats-a deyib. Xatırladaq ki, Orbakayte konsertlərinin kütləvi şəkildə ləğv edilməsindən sonra Rusiyada karyerasını bitirmək qərarına gəlib.

Bundan əvvəl Latviya Dövlət Təhlükəsizlik Xidməti rusiyalı müğənni Kristina Orbakaitenin ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə