Di Kaprioya bir günlük çəkiliş üçün 3 milyon dollar təklif olunub

...Netflix, Leonardo Di Kaprioya şirkətin layihəsində bir günlük çəkiliş üçün 3 milyon dollar təklif etdi.

SİA-nın məlumatına görə, söhbət “Once Upon a Time in Hollywood” ("Bir zamanlar... Hollivudda") filminin davamından gedir. “Afisha Daily” insayder Ceff Snayderə istinadən xəbər verir ki, aktyora kino ulduzu Rik Dalton roluna qayıtmaq üçün böyük məbləğ təklif olunub.

Onun sözlərinə görə, Di Kaprio hələlik təkliflə razılaşmağa hazır deyil. Aktyor orijinal filmin yaradıcısı Kventin Tarantinonun iştirak etmədiyi filmin davamına inanmır.

İnsayder deyir ki, ulduza təklif edilən qonorar danışıqlar zamanı 4-5 milyon dollara qədər arta bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə