...Azərbaycanın xalq artisti Yusif Eyvazov NEWS.ru-ya müsahibəsində bildirib ki, opera müğənnisi Anna Netrebkodan boşanmasının əsl səbəbi hər kəsin öz maraq dairəsi, müxtəlif həyat məqsədləri olmasıdır.

SİA xəbər verir ki, müğənninin sözlərinə görə, cütlük bir-birlərinə yaxın olduqlarını, lakin aralarında "bir şeyin artıq əvvəlki kimi olmadığını" etiraf ediblər.

...Görünür, həyatda elə olur ki, nəsə bitir və siz onu dəyişdirə bilmirsiniz. Bir anda biz bir az fərqli maraqlar və fərqli həyatlar yaşadığımızı səmimi şəkildə başa düşdük. İnanın ki, bunu dayandırmaq üçün səbəb budur.

Eyvazov vurğulayıb.

Eyni zamanda sənətçi boşanmanın həyatın bir parçası olduğunu etiraf edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə