Allanın Filipp Kirkorova verdiyi ən böyük “tövsiyə”

Allanın Filipp Kirkorova verdiyi ən böyük “tövsiyə”

Neyləsin, ürəyə hökm eləmək olmur.?!

Bu arada Filipp Kirkorov etirafda bulunaraq keçmiş həyat yoldaşı olmuş Alla Puqaçovanın əsas sözlərini hələ də unuda bilmədiyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kirkorov, Alla Puqaçovanın göstərişlərinin onun üçün çox şey demək olduğunu, lakin o, bütün həyatı boyu onun göstərişlərindən birini daşıdığını və onu məmnuniyyətlə başqaları ilə bölüşdüyünü bildirib.

Xatırladaq ki, cütlük 2005-ci ildə boşandı, lakin sənətçilər hələ də dostluq münasibətlərini qoruyurlar.

“Alla Borisovna ilə münasibətdə yaxşı bir məktəb keçmişəm. Bir dəfə o, mənə çoxlu məsləhətlər, göstərişlər verdi, amma mən ömrümün sonuna qədər sözləri xatırladım və indi onları hamıya deyirəm”. Kirkorov deyir bunu.

Maraqlıdır ki, Kirkorov Alla Puqaçovanın dünənə qədər sənət dostları ilə bölüşdüyü ən böyük “tövsiyə”sini bu gün oxuculara da bildirib: “...alçaldılmış hiss etməmək üçün kifayət qədər pul lazımdır”.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə