"Partiyanın keçdiyi yola baxanda olduqca şərəfli bir mübarizə yolu görürük" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"YAP müasir Azərbaycan dövlətinin ictimai-siyasi həyatında dövlətçiliyin qurulmasında, qorunmasında, inkişafında və Azərbaycan xalqının sosial rifahının formalaşmasında tarixi xidmətləri olan monolit bir siyasi partiyadır. YAP 1992-ci ilin noyabrın 21-də ağır şəraitdə və çətin şərtlər altında Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə, təsis konfransını keçirərək təşkil olunmuş, əslində, dövrün öz tələbindən öz diktəsi ilə yaranmış, Azərbaycan xalqı və dövlətinin xilası naminə ağır tarixi missiyanı üzərinə götürmüş, böyük şərəfli yol keçmiş siyasi təşkilatdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini əldə etsə də, təəssüflər olsun ki, daxili və xarici şərtlərin ağır təsiri səbəbindən dövləti qura bilməmişdi: "İstər Moskvaya bağlı olan Ayaz Mütəllimov hakimiyyəti, istərsə də səriştəsiz milli maraqları diqqətə almayan boşboğaz Xalq Cəbhəsi və Müsavat cütlüyü hakimiyyətdə olarkən nəinki dövləti qura bilmədilər, hətta dövlətçiliyi təhlükə altında qoydular, vətəndaş müharibəsi həddinə gətirib çıxardılar, ölkədə dərin iqtisadi tənəzzül, siyasi böhran, o cümlədən torpaqların işğal olunması təhlükəsi ilə xalqı üz-üzə qoymuşdu. Belə bir şəraitdə sonradan 91-lər hərəkatı adlanan Azərbaycan xalqını seçmə ziyalılılarının Heydər Əliyevə müraciəti və xalqın böyük dəstəyi ilə YAP yaranaraq qısa müddət ərzində təşkilatlandı.
YAP dünya siyasi sistemində azsaylı təşkilatlardan biridir ki, partiya yaranandan qısa müddət ərzində onun lideri xalq tərəfindən hakimiyyətə gətirildi, sonra seçkilərdə qalib gələrək partiya iqtidara gəlir və yarandığı gündən bu günə qədər heç bir seçkini uduzmur".
Deputat sözlərinə belə davam edib: "Partiyanın keçdiyi yola baxanda olduqca şərəfli bir mübarizə yolu görürük. YAP-ın istər təsis konfransı zamanı yazılan ilk, istər Birinci Qurultayda qəbul olunan, istərsə də Yeddinci Qurultayda yenilənən nizamnamə və proqramında bəşəri ideyalar ortaya qoyulub. Bunlar dövlətçilik, milli birlik, humanizm, ədalət və siyasi qüvvələrin vəhdətidir. Bunlar hamısı bütün mütərəqqi qüvvələrin nizamnamə və proqramlarında öz əksini tapır. Amma heç də bütün təşkilatlar bu nizamnamə və proqramda irəli sürülən ideyalara riayət edə bilmirlər.
YAP-ın böyük uğuru və xoşbəxtliyi ondan ibarətdir ki, partiyanın sədri cənab Prezident İlham Əliyevin dediyi kimi, "Bizim siyasətimiz bizim işimizdir". YAP təkcə Azərbaycanın deyil, bütövlükdə regionun ən sanballı partiyasıdır. Partiyanın ölkənin inkişafında rolu şəksiz və şəriksizdir".
Musa Quliyev sözlərinə belə davam edib: "Partiyanın yaşı da təxminən müstəqilliyimizin yaşı ilə bərabər olduğuna görə bizim dövlətçilik tariximizlə partiya tariximiz üst-üstə düşür. Dövlətimizin bütün uğurları məhz YAP-ın siyasi liderliyi ilə baş tutub. İstər Ümumilli Lider Heydər Əliyevin dövründə partiyanın təşkilatlanma prosesi, eyni zamanda ölkəmizin böhran və tənəzzüldən çıxma prosesi üst-üstə düşdü və bir-birini tamamladı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə Ordunun güclənməsi, torpaqlarımızın işğaldan azad edilməsi, milli birliyin möhkəmlənməsi və vətənpərvər gəncliyin Azərbaycançılıq ideyası altında tərbiyə olunması məhz YAP-ın siyasi və ideoloji xidmətlərinin ifadəsi kimi tarixi hadisələrdir.
YAP həm də Azərbaycana bir siyasi mübarizə mədəniyyəti gətirib. Bu partiyaya qədər yaranmıç vəziyyətdə partiyalar biri-biri ilə top-tüfənglə danışırdılar. Ümummilli Liderin söylədiyi kimi, "Ağıl olan yerdə zora ehtiyac yoxdur".
YAP həm də beynəlxalq miqyasda tanınmış dünyanın bir çox aparıcı dövlətlərinin qüdrətli partiyaları ilə sıx əməkdaşlıq aparır. Heç şübhəsiz ki, partiyamızın inkişafı yolunda danışarkən, Partiyanın Yeddinci Qurultayını və buradakı qərarları mütləq qeyd etməliyik. Çünki, Yeddinci Quurltay da Birinci Qurultay kimi tarixi əhəmiyyət daşıyır. Burada həm təşkilatı sturuktur dəyişikliyi aparıldı, partiyanın idarəetmə formasında yeniliklər tətbiq olunmağa başladı. Eyni zamanda, bu bizim tariximizin yeni dönəminə təsadüf edən ilk qurultayımızdır ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şəraitində biz bu qurultayı keçirmiş olduq.
YAP özünün 30 illik yubileyi ərəfəsindədir və ölkənin bütün bölgələrində yubiley tədbirləri yerli təşkilatlarda keçirilir. Burada görürük ki, təkcə partiyanın üzvu olanlar deyil, bitərəf vətəndaşlarda YAP-a böyük ümidlər bəsləyir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB