Mustafa Şentop Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb

"Başda Türkiyə olmaqla türk dünyasını sevindirən zəfəriniz mübarək və əbədi olsun”
Mustafa Şentop Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb

Türkiye Böyük Millət Məclisinin sədri Mustafa Şentop Zəfər Günü münasibətilə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

M. Şentop məktubunda "Qardaş Azərbaycan xalqının haqlı qürur mənbəyi olan və başda Türkiye olmaqla türk dünyasını sevindirən zəfəriniz mübarək və əbədi olsun” deyib.

M.Şentop “Bir millət, iki dövlət” şüarı ilə qurulan əlaqələrin daha da gücləndirilməsi iradəsini uğurla həyata keçirməkdən məmnun olduğunu bildirib:

"Ölkələrimizin sıx əməkdaşlığının qarşıdakı dövrdə regionumuzda və onun hüdudlarından kənarda sülh, firavanlıq və sabitliyə mühüm töhfə verəcəyinə bütün qəlbimlə inanıram. Cəsarət və fədakarlığı ilə seçilən şəhid qardaşlarımıza da Uca Allahdan rəhmət diləyir, qəhrəman qazilərimizi minnətdarlıqla salamlayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə