“Soçi görüşü bizim növbəti diplomatik görüşümüz idi. Ermənilərin görüşdən əvvəlki hay-küyləri, ritorikaları onların yenə də şər və böhtana istinad etdikləri üçün əllərinin boşda qalmasını göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov bildirib.

Onun sözlərinə görə, amma Azərbaycan tərəfi isə möhtərəm cənab Prezidentimizin sayəsində qətiyyətini və milli maraqlarımızı bir daha təsdiq etdi: “İstər Brüssel, istər Praqa, istərsə də Soçi görüşündə Azərbaycanın mövqeyi bir daha qəti surətdə ortaya qoyuldu.
Görüş öncəsi yenə də status məsələsi qaldırılmışdı. Möhtərəm cənab Prezident qeyd etdi ki, status məsələsi artıq iki əvvəl öz həllini tapıb. Bu barədə bizi maraqlandıran və düşündürən heç bir sual yoxdur. Bu Azərbaycan dövlətinin və Liderinin qətiyyəti idi. Sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfinin təklif etdiyi beş əsas şərt yenə də dəyişilməz olaraq ortadadır. Ermənilər isə guya ki, on beş bənddən ibarət təklif irəli sürmüşdülər. Bu təkliflər olduqca boş və mənasız idi.
Bu görüş zamanı ümumiyyətlə status məsələsi açılmadı. Eyni zamanda sülhməramlı qüvvələrin mandatının uzadılması ilə bağlı da heç bir məsələ danışılmadı. Sadəcə olaraq Azərbaycan prinsipləri əsas götürülərək üçtərəfli bəyanatda kommunikasiyaların açılması, delimitasiya və demarkasiya prosesinin sürətləndirilməsi üçün Rusiyanın bu işdə yardımçı olması qeyd olunaraq, sülh müqaviləsi imzalanmasının mütləq və vacib olduğu qeyd olundu. Əslində ermənilər ağıllarını itirib.
Ümumiyyətlə onların siyasi və dünya görüşləri yoxdur. Onlar kommunikasiyanın açılmasının istər Ermənistanın inkişafına, istərsə də bütövlükdə Cənubi Qafqaz regionunun inkişafına nə qədər kömək olacağını anlaya bilmir. Bu cür halda növbəti dəfə bu görüşlərin keçirilməsi zamanı Azərbaycanın milli maraqları möhtərəm Prezidentimizin qətiyyəti və cəsarətli iradəsi ilə konkret olaraq ortaya qoyulur. Azərbaycanın əldə etdiyi uğur budur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB