Noyabrın 12-də ölkəmizdə Konstitusiya Günü qeyd edilir - DEPUTAT DANIŞDI

Noyabrın 12-də ölkəmizdə Konstitusiya Günü qeyd edilir - DEPUTAT DANIŞDI

"Artıq ikinci ildir ki, qeyd etdiyimiz hər bir əlamətdar gün, bizim üçün ikiqat bayram, ikiqat dəyərlidir. Azərbaycana Zəfər qazandıran Müzəffər Ali Baş Komandanımız və Rəşadətli Azərbaycan Ordusu sayəsində biz bayramları daha fərqli ab-havada, qalib ölkənin vətəndaşları olaraq qeyd edir və bundan böyük fəxarət və qürur hissi duyuruq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əhmədova bildirib.

Onun sözlərinə görə, müstəqil Azərbaycanın ilk Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılıb və 1995-ci il 12 noyabr tarixində referendumla qəbul olunub: "Azərbaycan Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir.

Dövlət, şəxsiyyət və cəmiyyət üçün mühüm əhəmiyyətə malik olan Azərbaycan Konstitusiyası cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, demokratik inkişafa təminat yaradan, xalqın dövlətçilik iradəsini və suverenliyini ifadə edən cəmiyyətin əsas qanunudur".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə