Prezident İlham Əliyev xalqı öz arxasınca qələbədən-qələbəyə aparır ŞƏRH

Prezident İlham Əliyev xalqı öz arxasınca qələbədən-qələbəyə aparır ŞƏRH

Şanlı Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə qəhrəman əsgər və zabitlərimizin şücaəti, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin sayəsində 30 illik işğala son qoyaraq, ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı özü öz gücünə BMT-nin qəbul etdiyi, lakin 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış qətnamələrini icra etdi. Beləliklə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Əlbəttə ki, Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər, eyni zamanda, xalq-iqtidar birliyinin təntənəsi oldu, ölkəmizin gücünü, qüdrətini düşmənə və onun havadarlarına nümayiş etdirdi. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Fəxrlə deyə bilərik ki, bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca qələbədən-qələbəyə aparacaq.

27 sentyabr tarixində başlanmış Vətən müharibəsinin ilk günündən ordumuz daim irəli gedir, mənfur düşmənə ağır, sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Dövlət başçımızın söylədiyi kimi desək rəşadətli Azərbaycan Ordusu düşmənin belini qırır, başını əzir. Əlbəttə ki, əldə edilən Zəfərimizin zirvəsi noyabrın 8-də Qarabağın tacı, Türk dünyasının mədəniyyət mərkəzi olan Şuşa şəhərinin azad edilməsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində “xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deyərək səbirsizliklə gözlənilən bu müjdəni verdi. Müharibənin taleyi Şuşa işğaldan azad edilməsi ilə həll olundu. Noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli Bəyanat imzalandı. Bəyanata əsasən, Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının tarixini verdi. Kapitulyasiya aktına imza atan Ermənistan Ağdam rayonunun işğal altındakı hissəsini, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmağa məcbur oldu. Beləliklə,44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu qəhrəmanlıq nümayiş etdirərək Azərbaycan xalqına tarixi Zəfər bəxş etdi. Dövlət başçımız 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Bu sərəncam misilsiz Qələbəmizi əbədiləşdirildi. Xalqımız Zəfər Gününü böyük sevinc və qürur hissləri ilə qeyd edir.

Prezident cənab İlham Əliyevin bəyan etdiyi kimi münaqişəyə iki il əvvəl son qoyulub. Bu gün əsas prioritet məsələ işgaldan azad edilmiş ərazilərin qısa zamanda bərpa edilməsidir. Məlumdur ki, işgaldan azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri davam etdirilir. Azərbaycan dünyanı azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir. Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Füzuli hava limanı artıq təyyarələri qəbul edir, Şuşaya gedən Zəfər yolu tamamlandı. Ağdam və Cəbrayıl şəhərlərinin bərpasının, Zəngilan hava limanının təməli qoyulub. Prezidentimiz deyir ki, Qarabağ tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər maksimum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar. Bütün bunlar bizdə qürur yaradır.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə