29 oktyabr 2022-ci il tarixdə keçirilmiş şəhidin anım mərasimində YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev ,Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP fəalları, şəhidin yaxınları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimiz Qasımov Azər Yaqub oğlunun məzarı ziyarət edilib, əziz xatirəsi ehtiramla yad olunub, ailəsinə başsağlığı verilmişdir. Qeyd edək ki, Şəhid Qasımov Azər Yaqub oğlu Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda" , "Suqovuşanın azad olunmasına görə “ və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişir. Şəhidin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB