"Fransa açıq şəkildə düşmənliyini ortaya qoydu" - MÜNASİBƏT BİLDİRİLDİ

"Fransa açıq şəkildə düşmənliyini ortaya qoydu" - MÜNASİBƏT BİLDİRİLDİ

"Emmanuel Makronun Ermənistanın müadifə mövqeyində dayanması Fransanı Ermənistanla bərabər çox ağır tarixi məsuliyyət altında qoyur. Çünki əgər təcavüzkar kimi burnu əzilən Ermənistanın yanında dayandığını və onu tək buraxmayacağını açıq şəkildə bəyan edirsə, bu o deməkdir ki, Makron Azərbayacana qarşı Ermənistanın təcavüzkar siyasətinin davam etdiyi 30 il müddətində Ermənistanın yanında olub". Bu sözləri SİA-ya açıqlamasında siyais şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu o deməkdir ki, bizim torpaqlarımızı 1992-ci ildən 2020-ci ilə qədər işğal edən və işğal altında saxlayan, talan edən təkcə Ermənistan yox, həm də Fransa və onun müxtəlif dairələridir: "Bu bir daha təstiq edir ki, 30 il müddətində Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində həlli yönündə heç bir irili-xırdalı addımın atılmamasının məsuliyyəti bütünlüklə Fransanın üzərindədir. Bu o deməkdir ki, Fransa 30 il müddətində ATƏT-in Minsk qrupunun həmsədrliyi statusundan münaqişəni həll etmək üçün yox, onun müddətini uzatmaq və nəticələrini Azərbaycanın ziyanına legitimləşdirmək üçün istifadə edib".

Aydın Quliyev sözlərinə belə davam edib: "Əgər bu gün Makron Ermənistanın yanında olduqlarını və onu heç vaxt tək buraxmayacaqlarını deyirsə, bu artıq Fransa dövlətinin məsuliyyətidir. Bu bir daha onu deməyə əsas verir ki, Fransa və onun Makron kimi rəhbərləri Azərbaycan dövlətinin məsələlərinin həllində vasitəçi kimi çıxış edə bilməz. Bu bəyanat bir daha Fransanın bizim bölgəmizdə tərəfsiz və ədalətli bir vasitəçi statusunda ola bilməyəcəyini gün kimi sübuta yetirir.

Makronun bu açıqlamasından sonra nəinki Azərbaycanda, hətta beynəlxalq miqyasda müəyyən media subyektləri, Avropanın müxtəlif təşkilatlarında, o cümlədən elm dairələrinin təmsilçiləri də onun bu bəyanatına qarşı açıq etirazlar bildirdilər ki, bu cür tərəfkeş mövqe ilə Fransa heç vaxt Qafqazda, o cümlədən Azərbaycanla bağlı məsələlərdə ədalətli orbitur rolunda çıxış edə bilməz.

Bu bəyanat Fransanın nəinki siyasi tənzimlənmə Azərbaycan Ermənistan normallaşmasında vasitəçi imkanlarını tam itirdiyinə dəlalət edir. Bu onu təstiq edir ki, Fransa indiyə qədər Azərbaycanın hesabına və Azərbaycanın yaratdığı şansların sayəsində bölgənin iqtisadiyyatından pay götürmək imkan və şanslarını itirib. Yəni, Azərbaycanın müxtəlif iqtisadi enerji layihələrində Fransanın iştirakı məsələsinə dözümlü yanaşmaq mümkünsüzdür. Çünki Fransa açıq şəkildə düşmənliyini ortaya qoydu. Baxmayaraq ki, bu ölkədə erməni lobbisi və erməni diasporunun siyasi hakimiyyətə çox böyük təsir imkanlarına malik olduğunu əvvəldən bilirdik. Amma buna baxmayaraq haradasa yenə də Fransanın bölgəmizdə gedən proseslərdə ədalətli və obyektiv rol oynaya biləcəyinə inanaraq ona yenidən şans verdik. Amma onlar bu şansdan lazımi qaydada istifadə edə bilmədilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə