İşğaldan azad olunan hər bir ərazimiz bizim Ana torpaqdır! ŞƏRH

İşğaldan azad olunan hər bir ərazimiz bizim Ana torpaqdır! ŞƏRH

Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilmişdir. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən 50 kənd və rayon mərkəzi olmaqla 125368 hektar ərazi hələ də erməni işğalı altında idi, lakin 27 sentyabr 2020-ci il tarixdə başlayan İkinci Qarabağ savaşında münaqişə prosesi dəyişməyə başlayaraq bizim istiqamətimizə yönəldi. Zəfər yolunun ilk və keçməkeşli hissəsi Füzuli rayonundan başladığı hər kəsə məlumdur. İgid və mərd oğullarımız müharibənin ilk günlərində burada döyüşə atılmışdırlar. Vətən və torpaq uğrunda öz canlarından keçən qəhrəmanlarımız müharibənin ilk günlərində qeyd olunan rayon ərazisində şəhadətə ucalmışdırlar. Düzdür, müharibə heç zaman itkisiz olmur! Lakin Azərbaycan xalqı həmrəylik göstərərək, milli gücün necə olduğunu mənfur düşmənə layiqincə göstərmişdir. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər qazandıraraq müharibənin gedişatına öz müsbət təsirini göstərmişdir. Döyüş meydanında Müzəffər Azərbaycan Ordusu düşmənə ağır zərbələr endirərək şəhid qardaşlarımızın qanlarını yerdə qoymayaraq qisaslarını almış və Zəfər qazanmışlar. Müharibənin aparıldığı hər gündə Azərbaycan ordusu qan tökərək, Şəhid verərək dayanmadan, irəli sıçrayırdı. Bir gün belə olsun ki, Azərbaycan Ordusu dayanmadı! Bu müharibədə, Azərbaycan Respublikasının Nizami Ordusunun əsgər və zabitləri öz canını fəda edərək xalqın ləyaqətini geri qaytarmış, haqq və ədalətlə öz əbədi və əzəli torpaqlarımızı qalibiyyətlə millətimizə bəxş etmişlər. Sonda qarşı tərəf kapitulyasiya aktına imza atarak, məğlubiyyətini qəbul etmiş oldu. Bununla da 44 günlük Vətən Müharibəsi Şanlı tariximizə çevrildi. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığına dair Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında Şəhidlərimizin şərəfinə qaya parçası üzərində abidə ucaldılmışdır. Bu gün onların sayəsində biz işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işləri ilə doğma torpaqlarımızda qurub yaradırıq ki, bu torpaqlar yenidən həyata qayıtsın. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Xanım Əliyeva Füzuli rayonu işğaldan azad olunduqdan sonra bir neçə dəfə ora səfər ediblər. Cənab Prezident xalqının qarşısında işğaldan azad olunmuş ərazidən bəyanatla çıxış edərək, dövlət başçısı hər zaman öz xalqının və millətinin yanında olduğunu vurğulamışdır!

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə