Prezident bütün çıxışlarında Qarabağ həqiqətlərini dünyaya çatdırır
İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində Azərbaycan iki il əvvəl öz əzəli torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.
Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz,mədəni və dini abidələrimiz,məscidlərimiz məqsədli şəkildə dağıdılıb,təhqir və talan edilib.Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunub. Təəssüf ki,30 il ərzində biz ermənilərin törətdiyi bu cür vandalizminə qarşı dünyanın heç bir etirazını eşitmədik, əksinə , bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı.
Bilirik ki, Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır.Onların əksəriyyəti işgəncələrə məruz qalıb,öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb.Biz işğaldan azad edilmiş iki kənddə bu il kütləvi məzarlıqlar aşkar etdik.Biz iki ilə yaxındır Ermənistandan itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat tələb edirik, ancaq Ermənistan hökuməti bunu Azərbaycanla bölüşməkdən imtina edir və bununla da özünü Ermənistanın əvvəlki rejimlərinin cinayətkar liderləri ilə assosiasiya edir.
Digər bir məsələ isə Ermənistanın işğal zamanı Azərbaycan ərazisində basdırdığı minalardır. Hal-hazırda Azərbaycan dünyada mina ilə çirklənmiş ölkələr sırasındadır.İki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.Minalanmış ərazilərin məsələsini həll etmək üçün 30 il müddət və 25 milyard ABŞ dolları lazımdır. Biz minalardan təmizlənmə ilə bərabər həm də işğaldan azad olunmuş ərazilərdə öz resurslarımız hesabına genişmiqyaslı quruculuq işləri aparırıq. Həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yerlərinə qayıdış prosesinə də başlamışıq. Bununla əlaqədar olaraq artıq “Böyük Qayıdış” adlanan proqram başlayıb.
Artıq iki ildir Qarabağ münaqişəsi həll olunub. Lakin buna baxmayaraq Ermənistan hələ də sərhəddə təxribatlar törədir. Bunlardan sonuncusu bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bu təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu ki , bu təxribatlara görə də məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistan tərəfindən törədilmiş bu vəhşiliyə, şəhərlərimizin, kəndlərimizin, məscidlərimizin dağıdılmasına baxmayaraq Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması haqqında sülh sazişi imzalamağı təklif edib. Lakin Ermənistan rəhbərliyi hələ ki, sülhə gəlmək istəmir. Onlar anlamırlar ki, məğlubiyyətə uğramış bir xalq üçün bu çox əlverişli bir təklifdir. Ermənistanın dünyaölkələri arasında sıfıra enmiş mövqeyi azda olsa sülh sazişi hesabına yüksələ bilər.
Ölkəmiz günü – gündən inkişaf edir. Bizim həyata keçirdiyimiz genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm nəqliyyat və logistika mərkəzinə çevirib.Cari ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.
2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir.Yenə də yekdil qərar əsasında sədrliyimiz daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb. Bu da ölkə rəhbərimizə olan böyük etimadın göstəricisidir. Biz Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstəririk. Azərbaycan Hərəkatın bu məqsədlə təsisatlanması ideyasını fəal şəkildə təşviq edir. Bu baxımdan Qoşulmama Hərəkatının Azərbaycanın təşəbbüsü ilə yaradılan Parlament Şəbəkəsi və Gənclər Təşkilatı qeyd edilməlidir. Biz COVİD-19-dan sonrakı dünya ilə bağlı fikir mübadiləsi aparmaq və Hərəkatın mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti il üçün yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik.
Vüsalə Həmdullayeva
Xəzər rayonu, 125 №li tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB