İLHAM ƏLİYEV FENOMENİ: Müstəqil dövlət, müstəqil siyasət

İLHAM ƏLİYEV FENOMENİ: Müstəqil dövlət, müstəqil siyasət

Şuşanı işğaldan azad edən Müzəffər Sərkərdə "Mən ona özüm qədər inanıram" deyən Ulu Öndərin Ata vəsiyyətini yerinə yetirdi – bu vəsiyyətin təməlində Azərbaycançılıq ideologiyasının tarixi məfkurələri dayanırdı!

İstənilən bir xalqın tarixi inkişafına nəzər salsaq görərik ki, böyük uğurların əldə olunmasında, dünyada gedən intibah prosesində ölkələrin qabaqcıl pillələrdə qərarlaşmasında liderlərin rolu həlledicidir. Belə ki, liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir. Məhz bu mənada, Azərbaycan xalqı da çox xoşbəxtdir ki, ölkəmizə uzun müddət dünya siyasətinin fenomeni, bütün həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik etmişdir. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi və əsasən Azərbaycançılıq təməlində olan bütün prioritetləri dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası fonunda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

2003-cü ilin prezident seçkiləri ərəfəsində Dahi Şəxsiyyət Heydər Əliyev sevimli xalqına etdiyi tarixi müraciətində əminliklə demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi

Xalqın səsinin mütləq əksəriyyətini qazanmış İlham Əliyev. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən onun ilk vədi bu oldu: “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam... Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Prezident İlham Əliyevin siyasi qayəsi və amalı bilavasitə milli-mənəvi dəyərlər və yuxarıda da qeyd olunduğu kimi, Azərbaycançılıq ideologiyası üzərində təşəkkül tapdı və bu xüsusda öndə dayanan bir nömrəli məqsəd ölkəmizin inkişafı və tərəqqisi ilə yanaşı, həm də torpaqlarımızın düşmən işğalından azad olunmasında idi. XXI əsrin yeni tarixini yazan da, Müzəffər Ali Baş Komandan, Fateh Sərkərdə olaraq öz imzasını dünya liderləri sırasında qoyan da məhz bizim Prezidentimiz, Milli Liderimiz İlham Əliyev oldu. Sübut olundu ki, Azərbaycan xalqının öz adına layiq olduğu ideoloji prinsipləri əsla və heç vaxt arxa planda dayanmayacaq!

Qarabağ Zəfəri - ardıcıl strateji və düşünülmüş siyasətin nəticəsi!

44 günlük Vətən müharibəsinin qalibi olan qüdrətli Azərbaycan dövlətinin, qədirbilən Azərbaycan xalqının və güclü Milli Ordumuzun bir yumruq kimi birləşərək, vahid şəkildə müdrik sərkərdənin rəhbərliyi ilə göstərdiyi şücaətlər, qəhrəmanlıqlar isə dillərdə dastan oldu.

Qısa arayış: Ərazisinin bir hissəsi - 20%-i işğal altına düşmüş, xalqının vətəndaşlarının təxminən 12-13%-i qaçqın və məcburi köçkün vəziyyətinə düçar olmuş, dövlətçiliyi, müstəqilliyi itirilmək təhlükəsi ilə üz-üzə, iqtisadiyyatı dağılmış və iqtisadi potensialı, nizami ordusu olmayan Azərbaycanı dünyada siyasi nüfuza sahib, müzəffər güclü orduya, funksional, stabil inkişaf edən kifayət qədər iqtisadi potensiala, regional və qlobal söz sahibi olan müstəqil, qüdrətli, qalib dövlətə çevirmək sözsüz ki, ardıcıl strateji və düşünülmüş siyasətin nəticəsidir.

Məhz bu konspeksiyanı dərindən araşdırarkən bir daha əmin oluruq ki, İlham Əliyevin strategiyası və mükəmməl siyasi analitik qabiliyyətinə malik olması fonunda ideoloji əsasların bir sıra funksional amilləri dayanır.

İlham Əliyevin Sərkərdəliyi və Liderliyi ilə bu vaxta qədər olan stereotiplər kökündən məhv edildi

Əgər Vətən müharibəsinə qədər dünyanın siyasi arenasında dövlətimiz iqtisadi və sosial cəhətdən tərəqqi yolunu tutan dövlət kimi anlaşılırdısa, Vətən müharibəsindəki Zəfərimizdən sonra Azərbaycan paralel olaraq dünyanın ən aparıcı ordularına məxsus militar - yəni mükəmməl hərbi gücə malik olan dövlətləri sırasında yer aldı. Çünki İlham Əliyevin Sərkərdəliyi və Liderliyi ilə bu vaxta qədər olan stereotiplər kökündən məhv edildi. Azərbaycan xalqı onun ətrafında sıx birləşərək Azərbaycançılıq, milli ideya formalaşması fonunda öz qalibiyyətinə doğru inamla irəlilədi. Artıq bu gün xalqımız, dövlətimiz bütün yüksək tribunalarda başıdik gəzir və bütün bunlara görə xalq öz Müzəffər Ali Baş Komandanına, ordusuna minnətdardır!

Dürüst və dönməz siyasi iradə, xalqa açıq siyasət və xalqla müzakirə, dünya liderləri ilə görüşlərində və müxtəlif platformalarda konkret təşəbbüslər və təkliflər

Təbii ki, qazanılan uğurlar arxasında dayanan daha bir gerçəklik Prezident İlham Əliyevin qətiyyətli və müstəqil siyasətidir. Əgər bu gün Azərbaycan müstəqil siyasəti ilə dünyanın siyasi arenasında öz sözünü deyirsə, təşəbbüslərini irəli sürərək onları qəbul etdirirsə bu, həm də dövlətimizin müstəqilliyinin bariz isbatıdır. Və biz bir daha Prezident İlham Əliyevin siyasi fəaliyyətində mühüm ştrixləri görməkdəyik – dürüst və dönməz siyasi iradə, xalqa açıq siyasət və xalqla müzakirə, dünya liderləri ilə görüşlərində və müxtəlif platformalarda konkret təşəbbüslər və təkliflər.

Belə bir möhtəşəm liderlik keyfiyyətləri sözün əsl mənasında hər dövlət başçısında olmur və hələ 2003-cü ilin prezident seçkilərində xalqın iradəsi sayəsində dövlətin ali idarəçilik postuna seçilən 42 yaşlı İlham Əliyev əslində o dövrün çətinliklərini bütün məsuliyyəti öz üzərinə götürməsi ilə ilk qətiyyətli addımını atmış oldu. Onun məqsədi Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq sevgisini, Vətən və Xalq məhəbbətini yeni strateji impulslarla bir araya gətirmək, dünyaya əsrarəngiz, mükəmməl bir dövlət təqdim etmək oldu.

İlham Əliyev Azərbaycançılıq ideologiyasını beynəlxalq aləmə təqdim edərək xalqının öz tarixi milli köklərinə sahib olduğunu sübut edir

Onu da qeyd edək ki, Azərbaycan tarixinin ən ciddi, həyati əhəmiyyətli, dönüş məqamı və dönüş mərhələsinin yaşandığı bir dövrdə xalqına rəhbərlik, sərkərdəlik etmək missiyası nəsib olmuş İlham Əliyev ən böyük Azərbaycanlı olaraq öz adını qürur tariximizə həkk edib. O, xaraktercə həm islahatçı həm yeniliklərin mənimsənilməsi və daha da modernləşdirilib tətbiq olunmasında təşəbbüskar və ən əsası – milli-ideoloji dəyərlərimizi mühafizə edən, onu dünyaya məxsusi olaraq təqdim etməyi bacaran LİDERDİR. Əbəs deyil ki, bu gün İlham Əliyev deyərkən ilk-əvvəl düşüncələrdə Şərq və Qərbin mühüm dəyərlərini bir araya gətirən müasir Lider tərənnümü formalaşır. İlham Əliyev bu mənada da Azərbaycançılıq ideologiyasını beynəlxalq aləmə təqdim edərək xalqının öz tarixi milli köklərinə sahib olduğunu sübut edir.

Hər bir vətənsevər və ruhu ilə dövlətinə, ölkəsinə bağlı olan Azərbaycan vətəndaşı onun Liderinin İlham Heydər oğlu Əliyev olmasından hədsiz qürur duyur!

Növbəti qısa arayış: Ərazisinin 20 %-nin işğal, əhalisinin 10%-nin məcburi köçkün halında yaşamaq məcburiyyətində qalma səbəbi müstəqilliyimizə təhdidlər fonunda Azərbaycan dövlətinin yerləşdiyi vacib strateji-geosiyasi mövqedə və neft ölkəsi olaraq tam müstəqil siyasət yürütməsi bugünki dünyanın möcüzələrindəndir. Azərbaycanın vəziyyətində olan və Azərbaycan böyüklüyündə ikinci bir ölkə yoxdur ki, müstəqil siyasət həyata keçirə bilə, həm də müsəlman ölkəsi olaraq!

Və ən nəhayət, İlham Əliyev Qarabağımızın incisi Şuşa şəhərinin azad edildiyi gün qürurla bəyan edən mütərəqqi Azərbaycançıdır!

Şuşanı işğaldan azad edən Müzəffər Sərkərdə "Mən ona özüm qədər inanıram" deyən Ulu Öndərin Ata vəsiyyətini yerinə yetirdi – bu vəsiyyətin təməlində Azərbaycançılıq ideologiyasının tarixi məfkurələri dayanırdı!

Bu gün Ulu Öndərin yolunu davam etdirən İlham Əliyev həm də onun irsinin, milli ideyalarının, Azərbaycançılıq təməllərinin və siyasi yolunun uğurla davam etdirilməsi yönündə müstəqil və qətiyyətli siyasətini həyata keçirməsi ilə müstəqil, güclü və qüdrətli Azərbaycan reallığını dünyaya təsdiq və təsbit edir. Qələbədən sonra dünyaya tam yeni bir Azərbaycan, yeni bir lider və sözün əsil mənasında sənəddə və əməldə müstəqil olan ölkə təqdim olunur. Bu gün yeni tarix yazılır, qalib ölkənin qalib vətəndaşının yeni baxışı, təfəkkürü formalaşır və bu təfəkkürdə yeni ideolojiya yaranmış olur. Bu müstəqil Azərbaycançılıq ideologiyasıdır. Hər bir vətənsevər və ruhu ilə dövlətinə, ölkəsinə bağlı olan Azərbaycan vətəndaşı onun Liderinin İlham Əliyev olmasından hədsiz qürur duyur!

Bəhruz QULİYEV,

“SƏS” qəzetinin baş redaktoru, Fəlsəfə üzrə Fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə