"Makron Cənubi Qafqazdakı incəlikləri dərk etmir" - SİYASİ EKSPERT AÇIQLADI

"Makron Cənubi Qafqazdakı incəlikləri dərk etmir" - SİYASİ EKSPERT AÇIQLADI

"Fransa dövlətində ermənipərəst qüvvələr, erməni lobbisi çoxdur. Fransa münaqişənin həlli ilə bağlı hər zaman ermənipərəst mövqedən çıxış edib". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.

Onun sözlərinə görə, yəni vaxtaşırı ermənipərəst mövqe ilə bağlı Fransanın dövlət başçılarının açıqlamaları olub və Azərbaycan ictimaiyyəti tərəfindən bu sərt qarşılanıb. Lakin bu son 28-29 ildə, yəni Qarabağ münaqişəsinin həlli dövründə baş verib: "Nəzərə almaq lazımdır ki, o dövrlə indiki dövr arasında çox fərq var. Yeni reallıqlar yaranıb, vəziyyət, situasiya dəyişib. Azərbaycan və Türkiyə əvvəlki kimi deyillər. Bu dövlətlər artıq güclənib və regionda yeni qaydalar diqtə edirlər.

44 günlük qalibiyyətimiz də məhz bundan irəli gəlir. Lakin çox təəssüf ki, Makron regional məsələləri, Cənubi Qafqazdakı incəlikləri dərk etmir. Əvvəlki sələflərindən qalanTürkiyəyə, Azərbaycana qarşı qərəzli mövqedən, ermənipərəst mövqe çıxış etməyə davam edir. Bu da Sarkozinin qeyri-ciddiliyindən xəbər verir. Əvvəlki Fransa prezidentləri türklərə əngəl olublar. Qarabağ münaqişəsi zamanı hər zaman Ermənistanın tərəfini tutublar. İndi situasiya tamam dəyişib.

Dünyanın güc mərkəzləri, eyni zamanda Avropa İttifaqı görüşlərə Azərbaycanın özləri dəvət edirlər. Azərbaycan isə bu xoş davranışları müsbət qarşılayır, bu danışıqlara gedir. Əlbəttə ki, Azərbaycan Prezidenti Avropa İttifaqı Prezidentinin dəvəti ilə bu sülh danışıqlarında iştirak edir. Lakin biz görürük ki, Avropa İttifaqı bir kənarda qalıb, Fransa burada situasiyanı ələ almağa çalışır. Fransa burada konstruktiv yox, destruktiv mövqe tutur. Sülh prosesini pozmağa çalışır. Danışıqlara kölgə salmaq istəyir. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, Fransa danışıqlarda vasitəçi rolunda çıxış etmir. Bu addımları ilə Makron öz ölkəsinin reputasiyasına ziyan vurur, həmçinin Avropa İttifaqının vasitəçilik missiyasına kölgə salır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə