YAP Nəsimi rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib FOTOLAR

YAP Nəsimi rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib FOTOLAR

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibəti ilə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Səməd Vurğun 53 ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib. Bununla əlaqədar keçirilmiş təsis yığıncağında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərini həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.Sonra çıxış edən partiya üzvü, NB Holdinq ASC-nin Hüquq Şöbəsinin hüquqşünası Elşad Daşdəmirov qeyd edib ki, partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Çıxışlardan sonra səsvermə keçirilib və Səməd Vurğun 53 ərazi partiya təşkilatı təsis edilib. Elşad Daşdəmirov yekdilliklə Səməd Vurğun 53 ərazi partiya təşkilatının sədri, Elvin Hüseynov isə sədr müavini seçilib. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilən etimada görə, təşəkkürlərini bildiriblər.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə