Sülhə addım-addım yaxınlaşırıq ŞƏRH

Sülhə addım-addım yaxınlaşırıq ŞƏRH

Cənab Prezident İlham Əliyevin 6 oktyabr tarixində Praqada Avropa İttifaqıŞurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə dördtərəfli görüşü zamanı önəmli məsələlər müzakirə olunub. Görüşlərin əsas məqsədi tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasıolub.Artıq Sülhə yavaş-yavaş yaxınlaşırıq. Verdiyi hər bir sözünün sahibi olan,xalqına verdiyi bütün vədləri layiqincə yerinə yetirən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyü məsələsində bir addım da olsun geri çəkilmədi. XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev dünyanın ən böyük layihələrindən biri olan “Əsrin müqaviləsi”ni imzaladı. Bununla da dünyanın enerji tələbatına böyük töhfə verəcək bir layihə reallaşdı. Xəzər dənizinin Azərbaycana məxsus hissəsində neft yataqlarının Avropanın böyük dövlətlərinin neft şirkətləri ilə birgə istismarı həyata keçirildi və hasil olunan Azərbaycan nefti dünya bazarına çıxarıldı. Bununla da Azərbaycan dünya iqtisadiyyatında mühüm rol oynamağa başladı.Bu gün Avropanı çətin vəziyyətə salan enerji böhranında Azərbaycan xilaskar rolunu oynayır. Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunu bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir.

Ölkə Prezidenti cənab İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində müvafiq sualı cavablandırarkən bildirib ki, enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək:“Yəni, biz bu qədər itkilərlə üzləşməyəcəyik. Ona görə bu gün mümkün olan qaz ixrac potensialımızı təsəvvür etmək bir qədər çətindir, çünki daha da çox ola bilər. Biz, əlbəttə ki, çox təvazökarcasına bu rəqəmləri səsləndiririk. O rəqəmləri səsləndiririk ki, onların həyata keçməsinə tam əminik. Amma əminəm ki, daha çox olacaq. Bizim həm qazımız, həm neftimiz, eyni zamanda, elektrik enerjimiz də Avropa qitəsinə ixrac ediləcəkdir. Buna nail olmaq üçün indi konkret proqramlar işlənib hazırlanır.Cənab Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı Praqa görüşü liderlərin avqustda baş tutmuş Brüssel görüşündən bir müddət sonra Azərbaycan-Ermənistan sərhədində 200-dən çox hərbçinin ölümü ilə müşayiət olunan iki günlük toqquşmalardan sonraya təsadüf edir.Praqada dördtərəfli görüş iki dəfə keçirilib və ilk görüşdən sonra İlham Əliyev Azərbaycan mətbuatına müsahibə verib.İlham Əliyev deyib ki, Ermənistandan "xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər".CənabPrezident vurğulayıb ki, o, sülh müqaviləsini "çoxcildli yox, bir neçə maddədən ibarət yığcam sənəd" kimi görür.İlham Əliyev Azərbaycan mediasına müsahibəsində deyib ki, görüşlər zamanı sülh müqaviləsi üçün Azərbaycanın Ermənitana təklif etdiyi beş prinsiplə bağlı heç kimin - nə Ermənistanın, nə də Avropa İttifaqının heç bir sualı olmayıb: "Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir".Cənab Prezident İlham Əliyev dördtərəfli görüşü sülhə çatmaq üçün önəmli tədbir kimi qiymətləndirib.

Cavid İsmayılov

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə