"Qırğızıstanla əlaqələr yüksələn xətlə inkişaf etməyə davam edəcək" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Qırğızıstanla əlaqələr yüksələn xətlə inkişaf etməyə davam edəcək" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Prezident İlham Əliyevin Qırğızıstana səfəri mühüm əhəmiyyət kəsb edən bir hadisə oldu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin səfər çərçivəsində ikitərəfli münasibətlərin gələcək yol xəritəsini müəyyənləşdirən əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsi, Azərbaycan Respublikasının xarici siyasət prioritetləri arasında Mərkəzi Asiya ölkələri və ümumilikdə Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsinin necə xüsusi önəm daşıdığını bir daha sübut etmiş oldu: ""Dostluq parkının" açılması da iki dövlət və xalq arasındakı münasibətlərin tarixini, bugünü və gələcəyini ifadə edən önəmli simvola çevrilmiş oldu. Hesab edirəm ki, yaxın gələcəkdə digər Mərkəzi Asiya ölkələri ilə yanaşı Qırğızıstanla da əlaqələr yüksələn xətlə inkişaf etməyə davam edəcək".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə