Nəsimidə şəhid İsmayıl Kərimlinin doğum günü qeyd olunub FOTOLAR
Vətən müharibəsi şəhidi Kərimli İsmayıl Ceyhun oğlunun doğum günü qeyd olunub. Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.Vətən müharibəsi şəhidi Kərimli İsmayıl Ceyhun oğlunun ad günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, rayon ictimaiyyəti və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Sonra şəhidin adına ehsan məclisi təşkil edilib.Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Nəzakət Ələddinqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB