"Əldə edilən razılaşma davamlı sülhün yeganə yoludur" - BLİNKEN

"Əldə edilən razılaşma davamlı sülhün yeganə yoludur" - BLİNKEN

Azərbaycan və Ermənistan arasında danışıqlar əsasında əldə edilən razılaşma davamlı sülhün yeganə yoludur. SİA xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra "tviter" hesabında yazıb.

“Ermənistanın baş naziri Paşinyanla danışıb (telefon-red) Azərbaycan və Ermənistan arasında rəsmi sülh danışıqlarında irəliləyişi alqışladım”, - Blinken sosial şəbəkə hesabında qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə