“Ukraynadakı vəziyyət daha çox gərginliyə səbəb olacaq” - SİYASİ EKSPERT DANIŞDI

“Ukraynadakı vəziyyət daha çox gərginliyə səbəb olacaq” - SİYASİ EKSPERT DANIŞDI

“Ukraynadakı vəziyyət daha çox gərginliyə səbəb olacaq”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.


Onun sözlərinə görə, onlar mülki əhali həlak olub və yaralanıb, Qərb və Avropa İttifaqı bununla bağlı Ukraynaya dəstək olmaq və preventiv tədbirlər görmək üçün Ukraynaya daha çox hərbi dəstək göstərə bilər: “Bu addımın qarşılığında Ukrayna da Rusiyanın şəhərlərinə raket zərbələri endirməyi nəzərdən keçirə bilər. Nəzərə almaq lazımdır ki, bu raket zərbələri müharibə zonasından kənara atılıb, bu isə sözsüz ki, müharibənin miqyasını daha da genişləndirəcək. Belə görsənir ki, artıq Qərb dövlətləri və Avropa İttifaqı son hadisələrlə bağlı daha sərt qərarlar qəbul edə bilər, bu isə hadisələrin artıq idarəolunmaz səviyyəyə gəlib çatmasına səbəb ola bilər. ABŞ-ın keçmiş təhlükəsizlik katibi Rusiya Prezidentini artıq legitim hədəf elan edib”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə