“44 günlük Vətən Müharibəsi tariximizin şanlı səhifəsidir” - SİYASİ EKSPERT ŞƏRH ETDİ

“44 günlük Vətən Müharibəsi təcavüzkar Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı apardığı düşmənçilik siyasətidir. 1905-ci il, 1918-ci il, 1988-1893 illərdəki müharibələrin tək səbəbkarı ermənilərdir”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.


Onun sözlərinə görə, ermənilərin ərazi iddiaları və Azərbaycan türklərinin bu torpaqlarda tarixi haqqa malik olmasını onlar tərəfindən həzm edilə bilməməsinin nəticələridir: “Lakin 44 günlük Vətən Müharibəsində Ermənistan məğlubiyyətə düçar oldu. 44 günlük Vətən müharibəsinin ən böyük mahiyyəti ümumilikdə erməni təcavüzünün məğlub olmasından ibarətdir. Ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi 44 günlük Vətən Müharibəsinin taleyində həlledici rol oynadı. 44 günlük Vətən Müharibəsi dövründə Ermənistanın 30 illik təcavüzü ilə bağlı çox yeni şeylər öyrəndik.

44 günlük Vətən Müharibəsinin hər günündə, hər saatında canlı bir tarix yatır. 44 günlük Vətən Müharibəsi tariximizin şanlı səhifəsidir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə