Novoivanovka kəndində şəhid Bayram Qasımovun məzarı ziyarət olunub

05.10.2022-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Novoivanovka kənd sakini Qasımov Bayram Arzu oğlunun ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının sədri, Gədəbəy rayon İH Başçısı aparatının məsul işçiləri və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi. Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Bütün xəbərlər Facebook səhifəmizdə