YAP Yasamal rayon təşkilatında şəhidin ailəsi ilə görüş keçirilib FOTOLAR

YAP Yasamal rayon təşkilatında 44 günlük Vətən müharibəsi şəhidi, kapitan Hüseynzadə Həmidağa Bağı oğlunun ailəsi ilə görüş keçirilib. Görüşdə şəhid ailəsinin qayğıları dinlənilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən Hüseynzadə Həmidağa Bağı oğlu ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə"medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə