"Bu qələbə və uğur daim Azərbaycan xalqının qəlbində yaşayacaq” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın Füzuliyə səfər etməsinin əhəmiyyəti böyükdür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün 44 günlük qələbədən əldə etdiyimiz uğurları qeyd edir, həmçinin eyni zamanda bu günü böyük ehtiramla anır: "Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın bölgəyə səfəriorada verilən açıqlamalar, bəyanatlar bir daha Azərbaycanın qətiyyətini, prinsipial mövqeyini göstərir. Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycan Ordusunun rəşadətli qələbəsindən, Azərbaycan xalqının hər zaman həmrəy olmasını vurğuladı. Biz həmin tarixdə qələbəmizi təbliğ etdik. Artıq Azərbaycan xalqı məğlub yox, qalib xalqıq. Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq. Bu qələbə və uğur daim Azərbaycan xalqının qəlbində yaşayacaq”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB