Vətən müharibəsində qazandığımız qələbə qəhrəmanlıq səhifəmizdir ŞƏRH

Son iki yüz ildə Azərbaycan xalqı və dövləti erməni terrorçu qüvvələrinin və onların havadarlarının vəhşilikləri ilə üzləşib. Nəticə də, 2 milyondan çox azərbaycanlı qətlə yetirilib, minlərlə yaşayış məskəni dağıdılıb, viran edilib. 1988-ci ildən başlayan erməni separatizmi yenədə Azərbaycan xalqının faciələri ilə yekunlaşdı. Xocalı, Başlıbel, Ağdaban və Bağanis ayrım soyqırımları ilə üzləşən xalqımız tarixdə heç bir xalqın üzləşmədiyi faciələrin qurbanı oldu. Azərbaycan 30 ildə torpaqlarının işğaldan azad olunması və məcburi köçkünlərin öz yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüququn bərqərar olunması çox çalışdı, səylər göstərdi ancaq beynəlxalq birliyin məsələyə ikili standartlardan yanaşması səbəbindən problemin həlli mümükün olmadı. BMT Təhlükəsizlik Şurası işağl edilmiş Azərbaycan torpaqlarının boşaldılması ilə bağlı 4 qətnamə qəbul etsədə, Ermənistan qətnamələrin icra olunması üçün əməli addımlar atmadı. Aparıcı dövlətlər, beynəlxalq təşkilatlarda Ermənistana təzyiq göstərməyə maraq göstrəmədi. Ermənistanın 30 illik işğal dövrünə və beynəlxalq təşkilatların suqunluğuna Azərbaycan ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə torpaqlarımızın erməni işğalına son qoydurdu. 2020-ci ilin sentyabrın 27-də erməni terrorçu hərbi birləşmələrinin törətdiyi təxribat cavabsız qala bilməzdi. Ordumuz mülki əhalini və mövqelərimizi qorumaq üçün Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə döyüş əməliyyatlarına başladı. Haqq savaşında Azərbaycanın qüdrətli ordusu 300-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini bilavasitə döyüş meydanında geri qaytardı. 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad etdi. Düşmənin dəyəri 2 miyarda dollardan çox olan texnikası məhv edildi, 10 minə əsgər və zabiti məhv edildi, minlərlə canlı qüvvəsi yaralanaraq sırdan çıxarıldı. 2020-ci ilin noyabrın 8-də Türk dünyasının mədəniyyət paxtaxtı, Qarabağımızın incisi olan Şuşanın azad edilməsi ilə Azərbaycan Ermənistanı diz çökdürdü və kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Bəyanatla Ermənistanın məğlubiyyəti təsdiq olundu. Bunlada Azərbaycan son 200 illik tarixində ilk dəfə olaraq öz torpaqlarını döyüş meydanında işğaldan azad etdi. 44 günlük Vətən müharibəsi xalqımızın tarixində əbədi qalacaq. Müzəffər Ali Baş Komandan 44 günlük Vətən müharibəsi ilə qazanılan şanlı qələbəmizdən iftixar hissi ilə söhbət açaraq demişdir: “Bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini göstərdik, xalqımızın əyilməz ruhunu göstərdik. Eyni zamanda, ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün əməli addımlar ataraq önəmli sənədləri imzaladıq. Noyabrın 10-da imzalanmış Birgə Bəyanat, əlbəttə ki, Laçın, Kəlbəcər və Ağdam rayonunun qaytarılmasını təmin etdi, bir güllə atmadan biz bu torpaqlara qayıtdıq”.Təbii ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə qəhrəmanlıq səhifəmizdir. Bu qələbənin baş memarı isə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Xalqımız və dövlətimiz bizlərə böyük qürur yaşadan, qəlbə bəxş edən Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevə hər zaman təşəkkürlər edir, şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı arzulayır.

Yaşasın Ali Baş Komandan!

Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Azərbaycan xalqı!

Qarabağ Azərbaycandır!

Laçın İsmayılov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə