Qələbəmizi şərtləndirən diplomatik amillər ŞƏRH

Qələbəmizi şərtləndirən diplomatik amillər ŞƏRH

Bizim Qarabağ Zəfərimiz əslində Heydər Əliyevin ideyalarının qələbəsidir. Onun siyasi kursundan bir an belə yan keçməyən dövlətimiz - beynəlxalq hüquq normaları çərçivəsində 30 ilə yaxın Qafqazın geosiyasi mühitini sabitləşməyə imkan verməyən Qarabağ problemini həll etdi. Ümummilli liderimiz Heydər Əliyev Dünya azərbaycanlılarını təşkilatlandıran zaman əslində xalqımızı gələcəkdə bu müqəddəs missiyaya hazırlayırdı. Onun bütün diplomatik addımları da bu böyük Zəfərə hesablanırdı.2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təcavüzünə cavab olaraq Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan ordusuna cəbhə boyu əks-hücum haqqında əmr verdi. Bu qərarı nəinki Azərbaycan Respublikasının on milyonluq vətəndaşları, bütün dünyaya səpələnmiş bütöv Azərbaycan xalqı dəstəklədi. İstər hərb meydanında, istər informasiya sahəsində Azərbaycan xalqının haqq mübarizəsi geniş vüsət aldı. Xalqın, ordunun birliyi fonunda mühüm qələbələrə imza atıldı. Qələbələrin zirvəsi Azərbaycanın dilbər guşəsi, mədəniyyət ocağı, milli qeyrət, milli mənlik simvolu olan Şuşa şəhərinin azad edilməsi oldu. Tarixi memarlıq ansanblı dağıntılara məruz qalmadan Şuşa azad edildi. Şuşanın azad edilməsi qısa zaman çərçivəsində beynəlxalq hərbi ekspertlər, siyasi xadimlər tərəfindən təhlil edildi. Təbii ki, bu həssas yanaşmanı, duyarlılığı yalnız bu diyarın-Qarabağın, Şuşanın əsl sahibləri, əsl sakinləri edə bilərdi.

Beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etməsi 2020-ci ilin noyabrın 10-dan etibarən hərbi əməliyyatlardan Ermənistanın kapitulyasiyası mərhələsinə keçmişdir. İmzalanmış üçtərəfli bəyannamə 30 ilə yaxın həll olunması açıq qalan Qarabağ probleminin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsi yolunda hərbi-diplomatik addımdır.

Müharibənin başladığı ilk gündən bütün dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqəti, nəzəri Azərbaycan Respublikasına kökləndi. İlk gün müşahidə mövqeyində duran beynəlxalq təşkilatlar hərbi əməliyyatların növbəti atəşkəs pozuntusu kimi qəbul etsə də, sentyabrın 27-də Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlum bəyanatı beynəlxalq institutları bir-birinin ardınca bəyanatlar verməsinə səbəb oldu. İlk olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərindən, ABŞ-ın Dövlət Departamentindən, BMT-nin Təhlükəsizlik Şurasından, Avropa və Amerika ölkələrindən, eləcə də Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron tərəfindən birgə bəyanatların ümumi məzmunu belə idi: hərbi əməliyyatlar dərhal dayandırılsın, mülki əhalinin təhlükəsizliyi təmin edilsin, Ermənistanla Azərbaycan Respublikası arasında Dağlıq Qarabağ münaqişəsi haqqında ATƏT-in Minsk qrupu çərçivəsində yenidən danışıqlar başlasın.

Təbii ki, Azərbaycan dövlətinin diplomatik gedişi gecikmədi. Beləki, sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş baş tutdu. Bu zamanı dövlət başçısı beynəlxalq təzyiqlərə qarşı prinsipial mövqe nümayiş etdirdi. Video-görüş zamanı BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarını xatırladaraq cənab İlham Əliyev Ermənistanın zatən yeni müharibəyə hazırlaşmasını qeyd etdi. Xüsusi vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal qeyd-şərtsiz və tam çıxarılmalıdır. Və bunu tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır.Bütün dünyanın gözü Azərbaycan Respublikasına dikildiyi bir vaxtda dünyanın nüfuzlu CNN, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “TRT Haber” və digər beynəlxalq kütləvi informasiya vasitələrinə müsahibələrində Prezident İlham Əliyev status-kvo ilə bağlı, həmsədrlərin öz mövqelərini dəyişmək istəməsi ilə bağlı maraqlı məqamları açıqlayıb və bildirib ki, Ermənistanın bu münaqişəni beynəlmiləlləşdirmək cəhdi çox səmərəsiz, destruktiv və bir çox ölkələr üçün təhlükəlidir. Status-kvo dəyişdirilməlidir.Azərbaycanın uğurlu hərbi əməliyyatları birmənalı qəbul edilmir, Türkiyə silahlı qüvvələrinin müharibədə aktiv iştirakı haqqında əsassız iddialar Ermənistan və onun havadarları tərəfindən geniş tirajlandı, Ermənistan tərəfindən PKK terrorçularının döyüşməsi faktı gözardına vuruldu, Gəncəyə, Bərdəyə, Tərtərə qarşı terror aktlarına qeyri adekvat münasibət sərgiləndi.Terrorçu Ermənistanın cəzasızlıq nəticəsində təhlükəli bir qüvvəyə çevrilməsini CNN-Türk televiziyasına cənab İlham Əliyev geniş təhlil etdi.Beynəlxalq təzyiqlər fonunda Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsinə ilk diplomatik dəstək Türkiyə Cümhuriyyətindən gəldi. Sentyabrın 27-də Türkiyə Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğan öz tvitter hesabında yazıb: "Azərbaycana qarşı hücumlarına bir yenisini də əlavə edən Ermənistan bölgədə sülh və dincliyin önündə ən böyük təhlükə olduğunu bir daha göstərdi. Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır. Ermənistanın təhrikedici hücumları qarşısında gərəkli və lazımı bir münasibət ortaya qoymaması beynəlxalq birliyin ikili standartlarını bir daha göstərir. Təxminən 30 ildir ki, məsuliyyətsiz mövqe sərgiləyən Minsk üçlüyü də həll yolu axtarışına istiqamətlənən davranışlardan çox uzaqdır” Türkiyənin dövlət başçısının qətiyyətli mövqeyi birmənalı qarşılanmasa da Azərbaycan Respublikasının haqlı mübarizəsinə əhəmiyyətli təsir göstərdi.

Çıxışımın sonunda Qarabağ zəfərini şərtləndirən diplomatik amillər sadalamaq istəyirəm:

  • Respublikada xarici və yerli medyaya şəffaf informasiya əldə etmək şəraiti yaradıldı;
  • Ölkə başçısı tərəfindən ərazi bütövlüyünün beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi ən ali əsas olaraq irəli sürüldü;
  • Xarici təzyiqlərə, bəyanatlara dərhal diplomatik cavab verildi və dünya medyasına bəyan edildi;
  • Münaqişə tərəfləri arasında vasitəçi olmağa çalışan dövlətlərə Azərbaycan Respublikasının prioritet maraqları baxımından cavab verildi;
  • Terror aktlarına (Gəncə və Bərdə ş-də) maksimum dözümlü davranaraq yalnız diplomatik fəndlərlə cavab verildi.44 günlük Vətən müharibəsi dövründə ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, məhz işğal siyasətinə görə, Ermənistanı bütün regional layihələrdən təcrid edib. Dövlətimiz tərəfindən yürüdülən uzaqgörən siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan dövlətə çevrildi.Bu gün bir daha Azərbaycan dövləti qəti mövqe sərgiləyir. Qafqazın geosiyasi xəritəsi yenidən çəkilir. İnanırıq ki, regionun lider dövləti olaraq Azərbaycan Respublikası Konstitusiya çərçivəsində, beynəlxalq normalar çərçivəsində qarşıda duran və bizim hər birimizi narahat edən bəzi ərazi məsələlərini, Naxçıvana dəhliz məsələsini, bizim ərazilərdə yaşayan erməni icmasına vətəndaşlıq verilməsi məsələsini həll edəcəkdir. Artıq prosesləri izləyirik.

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə