Paşinyan sürüşkən mövqeyə malikdir - AÇIQLAMA

Paşinyan sürüşkən mövqeyə malikdir - AÇIQLAMA

“Ermənistan tərəfinin Brüssel görüşündə əldə edilmiş razılıqlara baxmayaraq Kəlbəcər ətrafında atəşkəs rejiminin şərtlərini kobud şəkildə pozması üç tərəfli Moskva razılaşmasının və AB-nin vasitəçiliyi aparılan danışıqlardakı anlaşmalarının şərtlərinin kobud şəkildə pozulmasıdır”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, erməni tərəfinin atəşkəs razılaşmasının şərtlərini pozmaqda məqsədi Azərbaycanı təxribata cəlb etmək, onu Rusiya sülhməramlıları ilə qarşıdurmaya sövq etmək, Moskva və Brüssel qarşısında ölkəmizin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsində ittiham etmək, Qarabağın statusu ilə bağlı amilləri danışıqlarda gündəmə gətirməkdən ibarətdir: “Rəsmi İrəvan atəşkəs müqaviləsinin şərtlərinin Azərbaycan tərəfindən pozulduğunu iddia etməklə: 1-cisi, Qarabağın təhlükəsizliyinin beynəlxalq təminat aktına alınmasına cəhd edir və deməli bu yolla gələcəkdə də Azərbaycanın daxili işlərinə onun siyasətinə himayədarlıq edən bəlli dairələrin dəstəyi ilə müdaxilə imkanlarını özündə saxlayır, erməni müxalifətinin təsir dairəsində olan elektorata Azərbaycanla müxalifətin iddia etdiyi kimi təslimçi şərtlərlə danışıqlara getməyəcəyi mesajını ötürür, 3-cüsü bölgə Azərbaycan ordusunun qələbəsi nəticəsində dəyişmiş geosiyasi reallıqlardan narazı qalan Qərbdəki məlum dairələrə bölgə uğrunda geosiyasi qarşıdurmada onların yanında duracağı ilə bağlı mövqe izhar edir, nəhayət burada Qərb və Rusiyanı, Türkiyə və Rusiyanı üz-üzə qoymaq məqsədilə suyu bulandırmaq və bu bulanıq suda sevdasında olduğu başlığı tutmaq istəyir”.

E.Manafov onu da bildirdi ki, Paşinyanın gah Rusiya sülhməramlılarından narazılıq etməsi, gah Qarabağ təhlükəsizliyi ilə bağlı məsələləri danışıqlarda müzakirə predmetinə çevirmək istəyi, gah Azərbaycanın irəli sürdüyü 5 məlum şərt ətrafında danışıqlara hazır olduğunu bəyan etməsi, amma bunların fonunda danışıqlarda qeyri adekvat mövqe və təklifləri məhz bundan irəli gəlir: “5 qat presinq altında olan Paşinyanın belə sürüşkən mövqeyi (Paşinyan iqtidarı daxildə müxalifət və onu dəstəkləyən millətçi kəsimin, xaricdə isə Qərb, Rusiya, Türkiyə və Azərbaycan dövlətlərinin ciddi təsiri ilə üzbəüzdür), onu danışıqları uzatmağa, qeyri adekvat mövqe sərgiləməyə məcbur edir, bununla belə bölgədə xarici kapitalın maraqları, yeni dünya nizami uğrunda gedən mübarizənin yeni reallıqları, Ermənistan dövlətinin və xalqının təhlükəsizliyi ilə bağlı amillər və s Paşinyana uzun müddət danışıqlarda əyləc mexanizmi rolunda çıxış etməyə imkan verməyəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə