"Azərbaycan Mərakeşlə əlaqələri genişləndirməkdə maraqlıdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan Mərakeşlə əlaqələri genişləndirməkdə maraqlıdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Mərakeşin Kralı VI Məhəmmədə təbrik məktubunda ikitərəfli münasibətlərə dair önəmli prioritetlərə toxunur". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, eyni zamanda Azərbaycan dövləti Mərakeş də daxil olmaqla ərəb dünyası ilə geniş münasibətlərin qurulmasında maraqlıdır və ikitərəfli istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün bu gün geniş potensial vardır: "Xüsusilə turizm sahəsində ərəb dünyası ilə Azərbaycan arasında bu gün dərin münasibətlər müşahidə olunur. Bunu ölkəmizə gələn ərəb turistlərin sayına baxanda da müşahidə edirik. Ölkəmizdə keçirilən bir sıra mühüm tədbirlər də buna səbəbdir. Eyni zamanda biz Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaranan yeni geo-siyasi mənzərə kontekstində ölkəmizi investisiya cəlb olunması ilə bağlı geniş fəaliyyəti də müşahidə edirik. Bir neçə gün öncə Şuşada keçirilən beynəlxaql konfransda Azərbaycanda akkreditasiya olunmuş səfirlər iştirak edirdi. Konfransda panel müzakirələr keçirildi və işğaldan azad olunmuş ərazilərdə yeni layihələrin tətbiq olunması ilə bağlı ölkəmizin mövqeyi bildirildi və burada mərakeşli iş adamlarının buraya investisiya yatırmaları mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, ikitərəfli münasibətlərdə bu amil xüsusilə seçiləcək və Azərbaycan Mərakeş münasibətlərini yeni müstəviyə qaldıracaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə