Ulu Öndərin Naxçıvan Respublikası Ali Məclisinin sədri seçilməsi Azərbaycanın dövlətçilik tarixinin qızıl səhifəsidir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Ulu Öndərin Naxçıvan Respublikası Ali Məclisinin sədri seçilməsi Azərbaycanın dövlətçilik tarixinin qızıl səhifəsidir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Ulu Öndərimiz Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fövqəladə Sessiyasında deputatların və sessiyanın gedişatını izləməyə gələn minlərlə insanın təkidi ilə Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik tarixində unudulmaz hadisədir və dövlətçiliyimizin möhkəmləndirilməsinin, saxlanılmasının əsasıdır. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, görkəmli dövlət xadiminin vətəninin və xalqının inkişafı, gələcəyi naminə həyatını qurban verən bir insanın yenidən öz xalqının gələcəyi, ölkəni ağır bəladan qurtarmaq üçün siyasətə qayıtması, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi bu böyük şəxsiyyətə olan hörmət və ehtiramın nəticəsi olmaqla bərabər, Azərbaycanı düşdüyü çətin vəziyyətdən qurtardı, dünənimizə və bu günümüzə işıqlı yollar açdı.

“Çətin və təlatümlü bir vaxtda Ulu Öndər Heydər Əliyevin Naxçıvan Müxtar Respublikasına rəhbərlik etməsi bu bir həqiqətdir ki, muxtar respublikanın erməni əsarətindən, işğalından, insanları ağır bəladan xilas etdi. Ümummilli Liderin düşünülmüş siyasi gedişləri, qonşu dövlətlərlə əlaqələri möhkəmləndirməsi, xalqı səfərbər etməsi, nəinki naxçıvanlıları döyüşə ruhlandırdı, eləcə də Azərbaycanı ayıltdı, xalqa yeni ruh verdi. Azərbaycan Respublikasının Dövlət Bayrağı Haqqında Qanunun qəbul edilməsi bunun əyani nümunəsidir.

1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında qərarın qəbul edilməsi bu baxımdan xarakterikdir və dünya azərbaycanlılarının bir məqsəd uğrunda səfərbər olunmasında böyük əhəmiyyətə malikdir. Heydər Əliyevin çətin günlərdə Naxçıvanın xilası, quruculuğu istiqamətində atdığı addımlar, həyata keçirdiyi tədbirlər müxtar respublikanın bugünkü inkişafı üçün bir zəmin oldu və bu xidmətlər tarix boyu unudulmazdır. Bu, həm də Azərbaycanın dövlətçilik tarixinin qızıl səhifəsidir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə