“Mehriban Əliyevanın Azərbaycanın çiçəklənməsində rolu böyükdür” - DEPUTAT ŞƏRH ETDİ

“Mehriban Əliyevanın Azərbaycanın çiçəklənməsində rolu böyükdür” - DEPUTAT ŞƏRH ETDİ

“Bu gün Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fonda rəhbərlik etdiyi gündən Azərbaycan mədəniyyətinin təbliğatçısına çevrilmiş, Azərbaycan səhiyyəsinin və təhsilinin banisi olmuş, kimsəsizlərə dayaq olmuşdur. Düşünürəm ki, bu, həm millət, həm də Vətən qarşısında ən böyük missiyadır. Təbii ki, bu missiyanı Mehriban xanım Əliyeva uğurla həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.


Onun sözlərinə görə, bu gün Mehriban xanımın ictimai-siyasi fəaliyyəti, özünün şəxsi keyfiyyətləri Azərbaycan mədəniyyətinin, siyasətinin və elitasının uca bir zirvəsinə çevrilib: “Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin yaxın dostu, silahdaşı, həyat yoldaşı kimi daim onun yanında olmuşdur. Birinci vitse-prezident Mehriban Əliyevanın dövlət başçısı İlham Əliyevin daim yanında olması Prezidentin uğurlarının tərkib hissəsi olub. Təbii ki, bu şərəfli yolda Mehriban Əliyeva ölkə başçısı İlham Əliyevlə birıikdə addımlayıb. Biz bunun dünyanı öz cənginə almış pandemiya zamanı da şahidi olduq. Həmin dövrdə bütün dünya təlaşa qapılmışdı, nə edəcəyini bilmirdi. Amma ölkə başçısı bu gözə görünməz pandemiya ilə mübarizə etdi. Onun yanında biz daim Mehriban xanımı gördük. Bir işi görərkən insanın ruhunun yüksək olması həmin işin uğurla başa çatmasını şərtləndirən amillərdən biridir. Mehriban xanım Əliyevanın Azərbaycanın çiçəklənməsində rolu böyükdür”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə