Azərbaycan XİN Qazaxıstanla diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edir
Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) Qazaxıstanla diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş sərgi açılıb.
SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "Twitter"də paylaşım edib.
Tədbirin açılış mərasimində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov çıxış ediblər.
Qeyd edək ki, sərgidə iki ölkə arasında əməkdaşlığın mühüm mərhələlərini əks etdirən fotoşəkillər nümayiş etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB