"Prezidentin tələbləri məmur obrazını kökündən dəyişən tələblər idi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Prezidentin tələbləri məmur obrazını kökündən dəyişən tələblər idi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Prezidenti İlham Əliyev yerli icra hakimiyyəti orqanlarına yeni başçılar təyin edərkən çox mühüm məsələlərə toxundu. Bunların bir qismi ölkəmizdə görülən işlər və onların gələcək inkişafımızla bağlı yaratdığı perspektivlərlə əlaqədar idisə, digər bir qismi bu islahatların keyfiyyətini təyin edəcək kadrlar və onların davaranışları ilə bağlı idi. Yəni institusional və struktural islahatlar yaxşı rəhbər kadrlarla dəstəklənmədikdə kompleks islahatlardan və onların səmərəli nəticəsindən danışmaq olmur. Bu mənada yeni kadrlar qarşısında qoyulan tələblər olduqca mühüm idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Prezidentin səsləndirdiyi fikirlərdən bir daha aydın oldu ki, məmurlar ilk növbədə şəhid ailələri və qazilərimizə maksimum diqqət ayırmalı və onları qayğı və himayə ilə əhatə etməlidirlər: "Çünki tarixi qələbəmizin əldə olunması məhz onların xidmətidir. Bu istiqamətdə dövlət siyasətimizin doğru olduğu və vətəndaşlarımızı məmnun etdiyi hamıya bəllidir. Ancaq idarəetmədə bəzi rəhbər kadrların yerində olmaması dövlət siyasətimizə kölgə salır. Yeni kadrlar bunları nəzərə almalı, vətəndaşlarla birbaşa ünsiyyət qurmalı, problemləri onların özündən dinləməli, təşəbbüskar olmalı, korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmalıdırlar.

Qoyulan tələblərdən bir digəri isə rayonlarımızda olan iqtisadi potensialı real iqtisadi münasibətlərə çevirməklə yeni iş yerləri və rifah yaratmaqdan ibarət idi. Bunun üçün yerli və xarici sərmayənin rayonlarımıza gətirilməsində təşəbbüskar kimi yerli icra başçıları çıxış etməlidirlər. Yəni yeni məmur artıq özəl sərmayəyə şərik olan yaxud ondan pay uman subyekt deyil, bilavasitə cazibədar təkliflərlə sərmayəni rayona gətirən rəhbər olmalıdır. Bu isə rayonlarımızda yeni iş yerlərinin açılması və regionlarımızın inkişafı üçün ciddi əsaslar yaradacaq. Əks mövqe tutanlar cəzalandırılacaq və hazırda ibrət üçün çoxlu belə nümunələr var. Ona görə də Prezident İlham Əliyevin verdiyi tapşırıqlar və qoyduğu tələblər məmur obrazını kökündən dəyişən və idrəetmənin fəlsəfəsində yeni məntiqini yaradan tapşırıq və tələblər idi".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, hələ 2021-ci ilidə Azərbaycan Prezidenti ölkəmizin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin müəyyən edilməsi istiqamətində mühüm bir qərar qəbul edərək 2021-2030-cu illərdə onların reallaşdırılması istiqamətində müvafiq qurumlara konkret tapşırıqlar vermişdi: "9 ay müddətində Nazirlər Kabineti 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı fəaliyyət proqramı hazırlamalı və onun hayta keçiriməsi prinsiplərini müəyyən etməli idi.

Hazırda mili inkişaf prioritetlərimiz əsasında formalaşdırılan bu fəaliyyət proqramının icrası ilə bağlı işlərin həyata keçirilməsinə başlanılır. Milli inkişaf prioritetlərimiz müəyyənləşdirilərkən hər şeydən öncə bu günə qədərki inkişafımızın yeni inkişaf üçün əsaslar yaratması nəzərə alınıb. Yəni 2030-cu ilə qədər elan olunan prioritetləri realizə etmək üçün ötən illər ərzində əsaslı sosial-iqtisadi baza formalaşdırılıb. Proritetlər isə özlüyündə olduqca strateji xarakter daşıyır. Eyni zamanda bu, təkcə sosial-iqtisadi sahəni əhatə etmir. Çünki bu prioritetlərə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatla bərabər eyni zamanda inkluziv və ədalətli cəmiyyət prinsipləri də daxildir. Yaxud innovativ texnologiyaların tətbiqi məsələləri ilə bərabər rəqabətqabiliyyətli insan resurslarının yetişdirilməsi yaxud böyük qayıdışla bağlı müddəalar da daxildir. Yəni 2030-cu ilədək reallaşdırılması nəzərdə tutulan milli inkişaf prioritetləri kompleks və sistemli prioritetlərdir. Elə yeni kadr təyinatları və onların qarşısında müəyyənləşdirilən vəzifələr də milli inkişafımızın prioritetlərinə və onların realizə olunmasına hesablanmışdı".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə