Azərbaycanın xarici siyasəti geosiyasi reallıqlara uyğun olaraq inkişaf edir ŞƏRH

Azərbaycanın xarici siyasəti geosiyasi reallıqlara uyğun olaraq inkişaf edir ŞƏRH

Azərbaycan son illərdə regionun aparıcı ölkəsi olaraq yeni siyasi nizamın formalaşması istiqamətində ciddi addımlar atır. Məhz ölkəmizin xarici siyasəti regionda sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlib. Bu xüsusda Cənab Prezident İlham Əliyevin ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə çıxışı bir neçə istiqamətdə dəyərləndirmək olar. İlk növbədə Cənab Prezident ikinci Qarabağ müharibəsindən sonra yaranmış real siyasi nizamı qeyd edərək, Qərbin və digər ölkələrin Azərbaycanın şərtlərini qəbul etdiyini vurğuladı. Çünki beynəlxalq təşkilatlarla səmərəli iş həmçinin Avropa İttifaqı ilə danışıqlar Azərbaycanın geosiyasi önəmini artırıb.

Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi -iqtisadi və enerji sahəsində uğurlu əməkdaşlıq qurulub. Bu gün Avropanın enerji təhlükəsizliyi sahəsində yaranan hazırkı böhrana uyğun olaraq Azərbaycan xüsusi rol oynayır. Məhz Avropa təşkilatlarının rəsmilərinin ölkəmizə ardıcıl səfəri, enerji sahəsində danışıqlar ölkəmizin dəstəyini almaları göstərir ki, ölkəmiz Avropanın siyasi sistemində önəmli yer alacaq. Bu da gələcək perspektivdə ölkəmizin Avropa ilə sıx siyasi əlaqələrinin qurulmasına gətirəcək. Avropa komissiyasının sədrinin ölkəmizə səfəri imzalanacaq müqavilələr deməyə əsas verir ki, artıq Brüssellə Azərbaycan arasında əsas istiqamət üzrə strateji tərəfdaşlıq başlayır. Təbii ki, bu cənab prezidentin uğurlu siyasətinin nəticəsidir ki, Avropa İttifaqı Azərbaycanla əlaqələrə önəm verir. Beynəlxalq təşkilatlarla və Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycana imkan verəcək ki, Ermənistan üzərində siyasi üstünlüyümüzü daha da qabarıq inkişaf etdirək. Belə olan təqdirdə Ermənistan Azərbaycanla sülh razılaşmasına getsin. Təbii ki, beynəlxalq konyuktura və regionda gedən geosiyasi reallıqlar Azərbaycanın leyhinə dəyişir və Ermənistan məcbur olub Azərbaycanla sülh müqaviləsi bağlayacaq. Azərbaycanın son il yarım ərzində atdığı addımlar uğurlu olub və ilin altı ayında bir çox parametrlər üzrə irəliyə addımlar atılıb.

Nicat İsmayılov

YAP Yasamal rayon "EmbaFinans QSC" üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə